Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı

Karantin rejimi qaydalarına əməl etməyərək, müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən - paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkar edilib.

Сообщение  64 Просмотры обновленный 3 месяцы тому назад

Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı

Obyektdə olan səkkiz nəfər saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxslər tibbi maskalarla təmin edilib.

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələnib.

Image
Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861