Bakıda Amsterdamdakı “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var - BU KÜÇƏDƏ

“Azərbaycanda tikintilərdə uşaq əməyinin istismarının qarşısı xeyli alınıb. Bu, dövlətin kölgə iqtisadiyyatına qarşı apardığı mübarizəsinin nəticəsidir. Ancaq hələ də uşaq əməyindən istifadə ilə bağlı epizodik hallar mövcuddur”.

BAKU.WS xəbər verir ki, bunu "Oxu.Az"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini Tahir Kərimli İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatına münasibət bildirərkən deyib.

Onun fikrincə, Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri mühüm praktiki effektlər verir. T.Kərimli buna nümunə olaraq bildirib ki, Azərbaycanda ərəblərin açıq qadın alveri etmələrinin qarşısı alınıb.

Bununla belə deputat düşünür ki, hələ də problemlər mövcuddur.

“Bakıda Əlövsət Quliyev küçəsində Amsterdamdakı “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var. Bunun qarşısını almaq lazımdır. Hələ də masaj salonlarından, gecə klublarından istifadə edirlər. Bu, xalqımızın mentalitetinə ziddir”, - deyə T.Kərimli bildirib.

Сообщение  88 Просмотры обновленный 3 месяцы тому назад

Bakıda Amsterdamdakı “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var - BU KÜÇƏDƏ

Qeyd edək ki, Milli Məclisin bu gün keçiriləcək iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.

Sənədi İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Bakıda Amsterdamdakı “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var - BU KÜÇƏDƏ
  • VuVu Uma