Bakı sakini nişanlandı, görüşdüyü qadın tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT

Bakının Xəzər rayonu 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində altı ay əvvəl cinayət törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

30 oktyabr 2019-cu ildə Xəzər rayonunun Şüvəlan qəsəbə sakini, 1991-ci il təvəllüdlü H.İsmayılov naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.

Dindirılmə zamanı zərərçəkən polis əməkdaşlarına bildirib ki, əsəblərinə hakim ola bilməyərək, özünə xəsarət yetirib.

Lakin əməliyyatçılar həqiqətin üzə çıxması üçün araşdırmaları davam etdirib və məlum olub ki, cinayəti törədən qadındır.

İlkin araşdırma zamanı aşkarlanıb ki, H.İsmayılov ərindən boşanmış Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü L.Mustafayeva ilə görüşüb.

Belə görüşlərdən birində kişi sevgilisinə etiraf edib ki, başqası ilə nişanlıdır və toya hazırlaşır. Qısqanclıq hissinə hakim ola bilməyən L.Mustafayeva mətbəx bıçağı ilə H.İsmayılovu yaralayıb.

Сообщение  133 Просмотры обновленный 7 месяцы тому назад

Bakı sakini nişanlandı, görüşdüyü qadın tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT

Kişi isə görüşdüyü qadını ələ verməmək üçün polis əməkdaşlarına yalan danışıb. Lakin onun yalanı tezliklə üzə çıxıb.

Faktla bağlı araşdırma davam etdirilir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Bakı sakini nişanlandı, görüşdüyü qadın tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT
  • VuVu Uma