AzTA rəhbəri həyəcan təbili çalır: “Turistlər COVID-19-a görə ölkəyə gəlməkdən imtina edirlər”

“Azərbaycana gəlməyi planlaşdıran turistlər koronavirus epidemiyasına görə hotellərimizdən rezervi ləğv edirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı vəziyyət qənaətbəxş deyil:

“Bu problemin tək Azərbaycanın turizm sahəsinə deyil, bütün dünyaya təsiri var. Bu virusa görə insanlar nəinki öz ölkəsindən, hətta evlərindən kənara çıxmağa çəkinirlər. Bu zaman hansı turizmdən söhbət gedə bilər? Bu ərəfədə ölkələrdə turizmlə bağlı artım olacağına inanmıram”.

Ekspert bildirib ki, koronavirus epidemiyasının aşkarlanması Azərbaycanın da turizminə təsir edəcək:

“Hər il Novruz bayramında ölkəmizə çox turist gəlirdi. Onların əksəriyyətini iranlılar təşkil edirdi. Vəziyyət koronavirusla bağlı ürəkaçan olmadığı üçün Azərbaycana turistlərin gələcəyinə inanmıram. Biz də istəmirik ki, virusun yayıldığı ölkədən bizə turistlər gəlsin. İlk növbədə vətəndaşlarımızı qorumalıyıq”.

“Koronavirus epidemiyasına görə Azərbaycandan da xarici ölkələrə səfərə gedənlərin sayı azalıb. Bayramda tətil günlərində uzaq səfərə çıxanlar olur. Bununla bağlı da ölkədən getmək üçün bilet alanların sayında azalma müşahidə olunur”, - deyə N.Bağırov qeyd edib.

O əlavə edib ki, Azərbaycanda yerləşən bütün hotellərdə virusa görə imtina var:

“Burada beş, dörd, üç ulduzlu, hostellər, eyni zamanda, turistlərin kirayələdikləri evlərdən də imtina edənlər var”.

Qeyd edək ki, 2019-cu ildə İrandan Azərbaycana 255 min turist gəlib. 2018-ci illə müqayisədə, turist sayında 6,3 faiz artım olub.

Сообщение  178 Просмотры обновленный 8 месяцы тому назад

AzTA rəhbəri həyəcan təbili çalır: “Turistlər COVID-19-a görə ölkəyə gəlməkdən imtina edirlər”

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 89 083 nəfər, ölənlərin sayı isə 3058 nəfər təşkil edir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • AzTA rəhbəri həyəcan təbili çalır: “Turistlər COVID-19-a görə ölkəyə gəlməkdən imtina edirlər”
  • VuVu Uma