Azərbaycanda toylar qadağan edildi - RƏSMİ
Eyni zamanda, saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.
Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir.
Eyni zamanda, saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.