Azərbaycanda tanınmış hakimin qardaşı oğlu həbs edildi

Məşhur hakim Ənvər Seyidovun qardaşı oğlu Qabil Qiymət oğlu Seyidov dələduzluq etdiyinə görə, həbs olunub.

“Yenisabah”ın məlumatına görə, müxtəlif vətəndaşlardan məhkəmədə üzləşdikləri problemlərin həlli üçün xeyli miqdarda pul alan Q.Seyidov ötən ilin ortalarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Q.Seyidov “Qala-BTX” və “Azər Mühafizə” MMC işi ilə bağlı həbs olunan şəxslərin qohumlarına söz verib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə işlərinə kömək edəcək və bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşı tərəf məhkəmənin yekun qərarından sonra aldadıldıqlarını başa düşərək, polisə üz tutublar.

Qeyd edək ki, Q.Seyidov vətəndaşlardan pulu əmisi hakim Ə.Seyidovun Bakı Ağır Cinayətlər Məhkəməsində işləməsindən istifadə edərək alıb. Ötən ilin dekabr ayında istintaq yekunlaşaraq baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Сообщение  175 Просмотры обновленный 7 месяцы тому назад

Azərbaycanda tanınmış hakimin qardaşı oğlu həbs edildi

 Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861