Azərbaycanda iki vəzifəli şəxs pozuntulara görə işdən çıxarıldı
Aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.
Hər iki icra nümayəndəsi tərəfindən ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər hallar müəyyən olunub.
Zərdabi İƏD üzrə nümayəndə Nəcəfov Ramin Rasif oğlu və Talaqışlaq İƏD üzrə nümayəndə Heybətov Şahin Nizam oğlu tutduqları vəzifədən azad ediliblər.
Onların əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.
Məlumatı Quba Rayon İcra Hakimiyyətindən saytımıza təsdiq ediblər.