Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcəklər

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, epidemiya əleyhinə sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər.Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunması nəzərdə tutulur.

Layihədə bildirilir ki, rejimi pozan hüquqi şəxslər iki min manatdan beş min manata qədər cərimə ediləcəklər.

Сообщение  94 Просмотры обновленный 5 месяцы тому назад

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcəklər

Layihənin Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861