Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: Rekord yoluxma faktı - RƏSMİ

Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Сообщение  103 Просмотры обновленный 2 месяцы тому назад

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: Rekord yoluxma faktı - RƏSMİ

Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.

Qeyd edək ki, bu, ölkədə koronavirusa ən yüksək yoluxma faktıdır.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861