Azərbaycanda dəhşətli güllələnmənin təfərrüatı: Qızı zorlayıb, həbsxanadan çıxandan sonra onunla evlənib

Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Təzəkənd kənd sakini Ağayev Sarvan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını, qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib.

O, daha sonra avtomatla öz sifət nahiyəsinə atəş açıb. Miralim və Alimə aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada keçiniblər. Sarvan Ağayevin vəziyyətinin kritik olduğu və yaşamaq şansının olmadığı, Z.Nəbiyevanın vəziyyətinin isə ağır olduğu bildirilib.İlkin araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl A.Nəbiyeva S.Ağayevdən boşanmaqla bağlı məhkəməyə müraciət edib və uşağa görə aliment kəsilib.

Bu gün isə gəlinin ailə üzvləri onun cehizini aparmaq üçün Sarvangilin həyətinə gəlib. Bu zaman S.Ağayev avtomatla atəş açmağa başlayıb və dəhşətli hadisə baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən S.Ağayev daha əvvəl məhkumluq həyatı yaşayıb. Belə ki, o, Alimə Nəbiyevanı zorladığı üçün barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə iş açılıb və doqquz il müddətinə həbs edilib.

Сообщение  327 Просмотры обновленный 9 месяцы тому назад

Azərbaycanda dəhşətli güllələnmənin təfərrüatı: Qızı zorlayıb, həbsxanadan çıxandan sonra onunla evlənib

Altı il həbsxanada qalandan sonra Sarvan Ağayev azadlığa çıxıb və Alimə ilə evlənib. Lakin bundan sonra da onların arasında münasibətlər düzəlməyib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Azərbaycanda dəhşətli güllələnmənin təfərrüatı: Qızı zorlayıb, həbsxanadan çıxandan sonra onunla evlənib
  • VuVu Uma