Azərbaycanda ailəsini təhqir edən polis işdən qovuldu - RƏSMİ

Azərbaycanda polis əməkdaşı olduğu deyilən şəxsin mübahisə zəminində yaşlı qadını təhqir etdiyinə dair görüntülər yayılıb.

Сообщение  125 Просмотры обновленный 5 месяцы тому назад

Azərbaycanda ailəsini təhqir edən polis işdən qovuldu - RƏSMİ

Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə tirajlanıb. Ailədaxili mübahisə zəminində cavan oğlan yaşlı qadına qarşı söyüş və təhqirlər səsləndirir. Videoda qadın ananı söyməzlər deyə ifadə səsləndirib. 

İlkin ehtimala görə, oğlan öz anasına qarşı bu cür xoşagəlməz davranışlar sərgiləyib. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya onun söyüş söyməməsini deyib. Görüntülərdə qadına əl qaldırmaq istəyən oğlanı yeniyetmə otaqdan çıxarıb.

Paylaşım edən şəbəkə istifadəçiləri qadını təhqir edən şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğunu iddia edir. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861