Azərbaycan Uşaqlar Birliyindən dilənən azyaşlıların onlara təhvil verilmədiyini deyirlər - YENİLƏNİB

Nəsimi RPİ-nin 20 Polis Bölməsi əməkdaşları tərəfindən tapılan uşaqlar bizim sığınacağa təhvil verilməyib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib.

Сообщение  210 Просмотры обновленный 2 месяцы тому назад

Azərbaycan Uşaqlar Birliyindən dilənən azyaşlıların onlara təhvil verilmədiyini deyirlər - YENİLƏNİB

O bildirib ki, uşaqların reabilitasiya məqsədilə sığınacağa gətirilməsi üçün Birliyin hüquqşünası bölməyə yaxınlaşıb:

“Uşaqlar Azərbaycan Uşaqlar Birliyinə təhvil verilməyib. Hüquqşünasımız bir neçə saat polis bölməsində uşaqların sığınacağa təhvil verilməsi ilə bağlı prosedur gözləyib. Lakin, uşaqlar atası və anası ilə birlikdə Yevlaxa göndərilib”.

14:41

Ötən gün Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yolda iki uşaqla dilənən kişi tapılıb. 

Bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. 

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində həmin şəxs və iki azyaşlı uşaq tapılıb. 

Uşaqlar polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinə təhvil verilib.

27 avqust, 10:48

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb.

Görüntülərdə kişinin yanındakı uşaqlardan birinin üç, digərinin beş yaşı olduğu qeyd edilir.

Vətəndaşın “uşaqları nə üçün belə şəraitdə saxlayırsan” sualına isə kişi “imkanım yoxdur, saxlaya bilmirəm” deyə cavab verib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında yayılan videogörüntülər barədə dərhal aidiyyəti qurumlara məlumat verdiyini deyib:

“Videomaterial mənə göndərilən kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bildirdim. İki azyaşlı uşağın həyatı təhlükədədir. Heç bilmirəm həmin şəxs uşaqların atasıdır, yoxsa yox.  Amma bütün hallarda uşaqlar bu adamdan alınmalıdır. Aidiyyəti qurumlar lazımi tədbirləri gördükdən sonra mən uşaqları götürüb, onların reabilitasiyası ilə məşğul olacağam. Bu adam zərərli vərdişlərin sahibidir və uşaqlar çox böyük təhlükədədirlər”.

Mövzu ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsindən redaksiyamıza bildirildi ki, əraziyə baxış keçirilir:

“Aidiyyəti üzrə məsələ tərəfimizdən araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Azərbaycan Uşaqlar Birliyindən dilənən azyaşlıların onlara təhvil verilmədiyini deyirlər - YENİLƏNİB
  • VuVu Uma