Azərbaycan meyvəçiliyində ilkə imza atıldı

Azərbaycanda ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltıların alınması məqsədilə tədqiqat işlərinə başlanılıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan (ETİ) məlumat verilib.

İnstitutun böyük elmi işçisi Çingiz Balazadə bildirib ki, bitkilərin bu üsulla çoxaldılması prosesi dörd əsas mərhələdən ibarətdir.

Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir.

Tədqiqat işlərinin ilkin müsbət nəticələri əldə olunub. Planlaşmaya görə, əldə olunacaq klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı daha davamlı olacaq. Bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha da yüksək olması planlaşdırılır.

Meyvəçilik və Çayçılıq ETİ-nin elmi işlər üzrə direktor müavini Vahid Əliyevin sözlərinə görə, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.

Сообщение  57 Просмотры обновленный 4 месяцы тому назад

Azərbaycan meyvəçiliyində ilkə imza atıldı

Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nin yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk üç il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861