Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

Bu gün saat 12:00-da Bakıda bir dəqiqəlik sükut elan olunub.

Regioninfo.az xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.

Сообщение  125 Просмотры обновленный 3 месяцы тому назад

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии