Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA
“Hazırda əsas diqqət əksepidemik tədbirlərə yönəldilməsinə baxmayaraq, bu istiqamətdə də tədbirlər görülür. Nəzərinizə çatdırım ki, bütün həyat əhəmiyyətli qurumlarda olduğu kimi bizdə də işlər xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla davam etdirilir. Eyni zamanda bu cür epidemik vəziyyət özü də bir daha sübut edir ki, nağdsız ödəniş sistemlərinin tətbiqi zəruridir”.