“Araz” supermarketlər şəbəkəsi məlum dava ilə bağlı açıqlama verdi: “Siqareti limitsiz satsaq...”

Müştəri satıcıdan iki blok siqaret istəyib. Hər müştəriyə bu qədər siqaret sata bilmərik. Tədarükçü şirkət mal təminatını dayandırıb.

Bunu Oxu.Az-a açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova marketdə siqaret satışı ilə bağlı yaranan problemə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, video İmişlidə fəaliyyət göstərən “Araz” minimarketdə çəkilib:

“Videodan görünür ki, vətəndaş topdan siqaret almaq istəyir. Məlumat üçün bildirim ki, “Araz” supermarketlər şəbəkəsi topdan deyil, pərakəndə satış həyata keçirən ticarət mərkəzidir. Stoklarımız günlük satış həcminə görə formalaşır. Siqareti limitsiz satsaq, bu, artıq topdan hesab olunur. Biz də müştərilərimizi məmnun etmək üçün hamını təmin etməliyik, yəni, müştəri siqaret soruşanda, “yoxdur” cavabı almamalıdır. Əks halda, bu, müştəridə narazılığa səbəb olur”.

Сообщение  178 Просмотры обновленный 8 месяцы тому назад

B.Əmirova yaranan problemin digər tərəfinin son günlər tədarükçü şirkətlərin mal təminatını dayandırması ilə bağlı olduğunu deyib:

“Məlumdur ki, siqaret gündəlik istehlak olunan məhsuldur. Müştərilərimizi təmin edə bilmək üçün siqaret satışında müəyyən limitin yaranmasının digər səbəbi budur. Bir məsələni də qeyd etmək istərdim ki, əgər siqaretin qiymətinin qalxmasından sui-istifadə edən şəbəkə olsaydıq, ötən il iyul ayında ölkədə məlum enerji problemi yarananda, iş saatı bitdikdən sonra da fəaliyyət göstərib, insanların su ehtiyacını qarşılamazdıq”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • “Araz” supermarketlər şəbəkəsi məlum dava ilə bağlı açıqlama verdi: “Siqareti limitsiz satsaq...”
  • VuVu Uma