Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”

Mayın 1-də Azərbaycanda aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirildi.

Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Kamran Əliyevin baş prokuror təyin olunması ilə bağlı sərəncam imzaladı.

Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin gətirilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.Yeni baş prokuror Milli Məclisin iclasında çıxışı zamanı siyasi, hüquqi islahatların, eləcə də, aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd edib.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Oxu.Az-a açıqlamasında prokurorluq sistemində dəyişikliklərin çoxdan tələb olunduğunu bildirib.

“Baş prokuror vəzifəsinə çox təcrübəli insan təyin edildi. Kamran Əliyev prokurorluq sistemində bütün pillələrdə - ən aşağı pillədən başlamış, ən yuxarı pilləyə qədər çalışıb”, - deyə A.Əlizadə əlavə edib.

Eks-deputat Kamran Əliyevdən olan gözləntilərini də açıqlayıb:

Сообщение  95 Просмотры обновленный 3 месяцы тому назад

Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”

“Gözləntim ondan ibarətdir ki, Baş prokuror Prezident İlham Əliyevin göstərişlərinə əsasən, qanunauyğun fəaliyyət göstərsin. Qanunun aliliyinin təmin edilməsi də prioritet olmalıdır və heç bir cinayətkar “nəfəs ala” bilməməlidir. Əminəm ki, belə də olacaq”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
  • VuVu Uma