Aqil Abbas: “Bəzi nazirlərimizin hansı dildə danışdığı bilinmir”

“Azərbaycanda içi mən qarışıq vətəndaşlar ədəbi dil normalarını pozur”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, bu gün Azərbaycanda qəzetlər ədəbi dildən ayrılıb, bazar dilinə keçib. “500 söz bilən bu gün Azərbaycanda jurnalist işləyir”, - deyə, o əlavə edib.

A.Abbas bildirib ki, Azərbaycanın bəzi nazirləri danışıqlarına görə gərək maaşlarını cərimələrə versinlər: “Bəzi nazirlərimizin hansı dildə danışdığı bilinmir”.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrin tətbiqi nəzərdə tutulur.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı 533-cü maddəsinə əlavə təklif edilir.

Сообщение  74 Просмотры обновленный 29 дней тому назад

Aqil Abbas: “Bəzi nazirlərimizin hansı dildə danışdığı bilinmir”

Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə, fiziki şəxslərin yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslərin isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861