“America IDream” şirkətinin vitse-prezidenti: “Təhsil gələcək yollarınızı aydınlaşdıran bir işıqdır”

“America IDream” şirkətinin vitse-prezidenti Emil Nadirli ilə müsahibəni diqqətinizə çatdırırıq:

- Sizcə, müasir dünyada təhsil nə dərəcədə vacibdir? Təhsil sizin üçün nə deməkdir və təhsiliniz barədə bizə qısa məlumat verərdiniz.

- Ümummiyyətlə, təhsil bir çox qapıların açarıdır və hər bir gəncin gələcəyinin uğurlu addımıdır. Hər yaşda təhsil almaq mümkündür və hər zaman daima özünü inkişaf etdirmək lazımdır. Bir deyim var, yəqin ki, eşitmisiniz: “Dünyanı dəyişməyə çalışma, özünü inkişaf etdir və bacarığını kəşf et”.

Mən Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsindən məzunam. Əslində, bu ixtisası heç vaxt istəməmişəm. Çünki mən daha çox araşdırmağı, ünsiyyət qurmağı və daim yeni nələrisə kəşf etməyi planlaşdırırdım. Lakin onu da qeyd edim ki, tələbəlik illərində daha çox biliklər əldə edirdim. Biznesin idarə olunması, kiçik biznesə haradan başlamalı, daha sonra biznesin digər hansı qolları yaradılmalı, bazar araşdırması, uğurlu seçimlər və çətin vəziyyətdə hansı addımları atmaq lazım gəldiyini öyrəndim.

- “Amerıca IDream” şirkəti vətəndaşlar üçün hansı şəraitləri yaradır?

- Bildiyiniz kimi, şirkət Nigar xanim Əliyeva tərəfindən təsis edilib və mən tərəfdən isə Azərbaycan üzrə qərarlar və idarəçilik icra olunur. Şirkətin başlıca məqsədi vətəndaşlara doğru, tam qanuni, yalansız və real olanlarla xidmət göstərmək, ən başlıcası vətəndaşları bir çox saxtakar şirkətlərin yalan sözlərindən qorumaqdır.

Keçmiş MDB ölkələrində İLK DƏFƏ olaraq “Amerıca IDream” şirkəti “VİSA-ya heç kim zəmanət verə bilməz” şüarı ilə indiyə kimi bir çox saxtakarlıqların üstünü açdı. Vətəndaşlardan külli miqdarda pul tələb edən və nəticə olaraq “Visa”ya söz verən bir neçə saxtakar şirkətləri ifşa etdik və bunu davam edəcəyik.

Bundan əlavə, əsas olaraq şirkət vətəndaşlarımız üçün xaricdə təhsil proqamlarına tam real qiymətlərlə və doğru məlumatlarla xidmət göstərir. Xaricdə bir çox universitet və kolleclərlə əməkdaşlıq edərək təhsil proqramlarında tələbələrimiz üçün endirimlər əldə edirik və onların rahat şəkildə təhsil ala bilmələri üçün daha çox çalışırıq. Artıq bir neçə tələbəmiz var ki, xarici universitetlərdə təhsilini davam etdirir və təcrübələr əldə edirlər.

- Sizcə, təhsil istiqamətini seçərkən əsas nə rəhbər tutulmalıdır – xəyal, müəyyən bacarıqlar və s.?

- Tələbələrimizə əsas olaraq tövsiyyə etmək istərdim ki, ixtisas seçimlərində diqqətli olsunlar . Çünki bu seçim onların illərinə, gələcəyinə təsir edəcək. Gələcək planınızı öncədən kiçik də olsa cızma-qara edin və daim göz önündə saxlayın ki, hər bir addımınızı daha qərarlı və ağıllı ata biləsiniz. Fikirlərinizi hər zaman üstün tutun, onların reallaşması üçün çalışın, çətinlikdən qaçmayın. Hər bir çətinlikdən sonra uğur gəlir.

- Sizcə, fakültə və universiteti necə doğru seçmək olar? Qərar verə bilməyənlərə nə məsləhət verərdiniz?

- Təhsil almaq istərkən, ilk olaraq bu sahədə çalışan peşəkar insanlarla müzakirə etməyinizi tövsiyyə edirəm. İlkin məlumat üçün isə internet vasitəsi ilə seçdiyiniz universitet və ya kolleclər haqqında tələbələrin fikrini, rəyini oxumağınızı məsləhət görərdim.

- Universitet seçərkən təcrübə ilə təmin edilməsinə mütləq nəzərə almaq vacibdirmi?

- Bəli, əlbəttə. Təcrübə hər zaman gələcək iş karyeranızda sizə böyük köməklik edəcək. Öyrəndiklərinizi tətbiq etmək hər zaman vacibdir.

- Sizcə, təcrübə hazırda nə dərəcədə vacibdir və gələcəkdə nə verəcək?

- Təcrübə keçən tələbə hər zaman müsbət nəticələr əldə edir və iş kariyerasını daha sağlam və gəlirli edir. İşinizdə təməlli bir əməkdaş olmağınıza, daha çox çətinliklərlə baş etməyinizə və uğura aparır. Təcrübəsiz tələbə seçimlərində çox vaxt çətinlik çəkir.

- Xaricdə təhsil gələcəkdə yaxşı karyera ilə təmin edirmi?

- Xaricdə təhsil, ümumiyyətlə yeni insanlar, mədəniyyətlər və çox gözəl biznes əlaqələri qurmağa kömək edir ki, bu da sizin üçün çox böyük üstünlük yaradır. Xarici dil bilikləriniz artır, insanlarla ünsiyyət qurmaq imkanlarınız yaranır, dünyagörüşünüzü həddindən artıq dərəcədə artırır. Bunu artıq yalnız xaricdə təhsil alan tələbələrimiz daha dəqiq bilirlər. Bu hissi yaşamaq və görmək lazımdır.

- Məhz təhsilin gələcəkdə yaxşı karyera üçün təməl olduğunu deyə bilərsinizmi?

- Təhsil – gələcək yollarınızı aydınlaşdıran bir işıqdır. Həyata fərqli baxmağınıza kömək edər. Fərqli düşünməyinizə və daima özünüzdə hansısa müsbət bir özəlliyi kəşf etməyə yardımçı olar.

- Sizcə, uğurlu karyera ilə təhsili davam etdirmək mümkündürmü?

- Bildiyiniz kimi, bir neçə uğurlu iş adamları və dahi şəxslər, daima təhsilini artırmağa meyilli olublar. Nümunə üçün, “Biliyi heç vaxt ali təhsil diplomu ilə məhdudlaşdırmayın, daima oxumaq və inkişaf etmək lazımdır” – Karl Veber.

- Sizcə, müasir dünyada təhsildən əlavə, xarici dil bilmək nə dərəcədə vacibdir?

Сообщение  45 Просмотры обновленный 18 дней тому назад

- Hər bir dil başqa bir mədəniyyətin daşıyıcısıdır. Siz hər hansı bir xarici dili öyrənsəniz bu o deməkdir ki, yeni mədəniyyətin qapılarını açırsınız. Fərqli olmaq gözəl hissdir. Onun üçün çalışmaq lazımdır. Bir neçə dildə danışmaq əlbəttə ki, sizin üstünlüyünüzdür.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии

  • “America IDream” şirkətinin vitse-prezidenti: “Təhsil gələcək yollarınızı aydınlaşdıran bir işıqdır”
  • Нармина Аскер-заде