Almaniyada azərbaycanlıların qaldığı yataqxana söküldü

Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların qaldığı yataqxana sökülüb.

“Report”un məlumatına görə, Şimali Reyn-Vestfaliya əyalətində yerləşən yataqxanada Azərbaycan, Gürcüstan, Əfqanıstan, Monqolustan, Nigeriya və Somalidən gəlmiş sığınacaq axtaranlar qalırmış.

Bu ilin fevral ayında yataqxana bağlanıb, sakinləri isə yaxınlıqdakı sosial evlərə köçürülüb.

Yataqxananın bağlanmasına səbəb Bonn Şəhər İdarə Məhkəməsinin qərarı olub.Belə ki, bu yataqxanada sığınacaq axtaranlar arasında tez-tez dava düşür, birgə yaşayış qaydalarına riayət etməyənlər ətrafda yaşanları narahat edirmiş. Ötən ilin noyabr ayında yataqxana ilə bağlı ərazidə yaşayanlar məhkəməyə şikayət ərizəsi ilə müraciət ediblər. Məhkəmə isə bələdiyyənin balansında olan və 12 sığınacaq axtaranın qaldığı yataqxananın bağlanması ilə bağlı qərar verib.

Сообщение  153 Просмотры обновленный 6 месяцы тому назад

Almaniyada azərbaycanlıların qaldığı yataqxana söküldü

Bağlanan yataqxananın yerini alan tikinti şirkəti yeni yaşayış binasının inşası üçün ötən gün söküntü işlərinə başlayıb.

Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861