ABŞ koronavirusa qarşı bu dərmanın istifadəsinə başlayır

ABŞ koronavirusun müalicəsində xlorheksidin tərkibli dərmanların istifadəsinə başlayır.

“HaberGlobal” məlumat verir ki, ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) bu dərmanın bütün ölkədə apteklərə paylanılacağını açıqlayıb.

Bəzi mütəxəssislər isə dərmanın kəskin tənəffüs simptomlarını yüngülləşdirməyə və virusu təmizləməyə kömək etdiyi barədə məlumatların az olduğunu, geniş istifadə edildiyi təqdirdə əks təsirlərinin ölümcül ola biləcəyini iddia edirlər.

Xüsusilə ürək xəstəlikləri olan və ya depressiya əleyhinə dərmanlar istifadə edənlərdə ölümcül nəticələr verə biləcəyi qeyd edilib.

“Hazırda başqa müalicə olmadığı üçün bu dərmanları koronavirusla mübarizə aparmaq üçün sınamağa dəyər. Digər ölkələrdə bu dərmanların koronavirusun müalicəsi üçün qəbulu və nəticələri müşahidə edilir”, - deyə açıqlamada bildirilib.

ABŞ Prezidenti Donald Tramp da bu dərmanların koronavirusun müalicəsində faydalı olacağına inandığını deyib.

Сообщение  73 Просмотры обновленный 3 месяцы тому назад

ABŞ koronavirusa qarşı bu dərmanın istifadəsinə başlayır

Qeyd edək ki,  koronavirusa qarşı xlorheksidin ilk dəfə Fransada istifadə edilib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861