ABŞ-dan vətənə dönən İlhamə: “Güzgüyə baxanda özümdən qorxuram” - ÖZƏL

“ABŞ-dan niyə qayıtmağımla bağlı sual verilməsi mənə pis təsir etdi. Azərbaycan vətəndaşıyam. ABŞ-a köçməmişdim. İşlərimlə bağlı getmişdim. Karantinə görə uçuşların yaxın iki ayda dayandırılacağını biləndə, bilet alıb mart ayının əvvəlində Azərbaycana döndüm”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Yeni Ulduz” mahnı yarışmasının qalibi, populyar estrada ulduzu İlhamə Qasımova deyib.

Сообщение  48 Просмотры обновленный 2 месяцы тому назад

ABŞ-dan vətənə dönən İlhamə: “Güzgüyə baxanda özümdən qorxuram” - ÖZƏL

Üç il həsrətdən sonra vətənə qayıdan sənətçi ABŞ-a getməyinin səbəblərini açıqlayıb:

“Səyahət etməyi çox sevirəm. ABŞ-da qaldığım müddətdə blüz musiqi janrının dərinliklərini öyrəndim. İki il ərzində hər gün peşəkar musiqiçilərlə məşq edirdim. Bir il yarım Manhettendə qaldım. Daha sonra isə Bruklinə köçdüm. ABŞ-a nələrisə əldə etmək üçün getməmişdim. Bu səyahətdə dünyagörüşümü artırdım, ingilis dilini mükəmməlləşdirdim”.

“Xaricdə yaşayırsa, qaz vurub, qazan doldurur” fikirlərinin səhv olduğunu bildirən müğənni oradakı həyatın asan olmadığını dilə gətirib:

“ABŞ-da yaşamaq hamının düşündüyü kimi asan deyil. Şəxsən mənə orada dostlarım çox kömək oldu. Kiçik çıxışlarım olurdu, bu işlərdən az-çox pul qazanırdım. Amma qaz vurub, qazan doldurmurdum. Ora pul qazanmaq üçün də getməmişdim.

Bəzi vətəndaşlarımız ABŞ-a pul qazanmaq üçün gedirlər, amma səhv iş görürlər. Orada həmyerlilərimizin qazancı Azərbaycanda verilən əməkhaqqından aşağıdır. İnanın ki, yaşayış yerləri də yaxşı səviyyədə deyil. Bəlkə də onlar Azərbaycanda çalışsalar, qat-qat çox qazanarlar. Amma onlar bunu ya anlamırlar, ya da ki həqiqəti qəbul etmək istəmirlər”.

İlhamə sağlamlığında yaranan problemlərlə bağlı okeanın o tayına baş vurduğunu bildirib:

“Ötən yay vətənə qayıtmalı idim. Səhhətimdə problemlər yarandığı üçün təyyarəyə minə bilməzdim. Yenidən ABŞ-a getməyi planlaşdırmıram. Pandemiyadan sonra xarici ölkəyə səfərə getmək mənim üçün çətindir. Virusa görə gözlənilməz qərarlar qəbul oluna bilər və getdiyin ölkədən geri qayıda bilməzsən. Bu kimi məsələlər var. Sağlamlığımda “panik atak” kimi hallar müşahidə olunur. Bağlı məkanda 2-3 saatdan çox qala bilmirəm. ABŞ-dan Azərbaycana gəlmək üçün 12 saat təyyarədə uçmaq lazımdır. Məhz bu səbəbdən təyyarəyə minə bilmirdim”.

Müğənni ABŞ-da olduğu müddətdə oraya köçən həmkarları ilə görüşə bilmədiyini deyib:

“Elariz Məmmədoğlu ilə görüşməyi çox istəyirdim. Hətta azərbaycanlı dostlarımla bərabər onun açdığı kafeyə getmək istəyirdim. Sadəcə, vaxt baxımından alınmadı. Elmir Məhərrəmovla münasibətim və tanışlığım yoxdur. 

Ədalət Şükürov ABŞ-a gələndə ona “Instagram”dan yazdım ki, görüşək. Amma o, mənə cavab vermədi. Özü bilər... Nadir Qafarzadə gəlmək istəyirdi. Söylədim ki, burada balaca evimdə qala bilərsən. Amma sonra planları dəyişdi, gəlmədi”.

“ABŞ-da ailə qurub” xəbərlərini isə ulduz yalanlayıb:

“Ailə qurmamışam. Bu şayiədir. Subayam. Yalnız olduğuma inanmırlar. ABŞ-da başım yalnız evə və məşqlərə qarışmışdı. Ailə qurmaq barədə heç düşünmürdüm. Ailə qurmaq asan məsələ deyil. İstəyərəm ki, ailəm və övladım olsun. Ailə quranda anlamalısan ki, bu şəxslə ömrünün sonuna kimi yaşayıb, qocalacaqsan.

Azərbaycana qayıdandan sonra evlilik təklifləri almağa başladım (gülür). Amma orada mənə heç kim evlilik təklifi etmədi. Bəlkə də bu ondan irəli gəlir ki, sosiallaşmırdım, yəni insanlarla qaynayıb-qarışmırdım. Rəfiqələrim “party”lərə mənim də qatılmağımı istəsələr də, getmirdim. Zamanımın çoxunu evdə keçirirdim. Onlar deyirdilər ki, sən çox darıxdırıcısan. Əylənməyi sevmirəm, içki içmirəm, tənbəl insanam. Sanki 80 yaşım var. Ailə qurmaq üçün sosiallaşmaq, ünsiyyətdə olmaq lazımdır. Amma əfsuslar olsun ki, belə deyiləm. Əvvəllər belə deyildim, amma indi çox tənbəlləşmişəm”.  

Bir zamanlar arıqlaması ilə gündəmə gələn İ.Qasımova Azərbaycana gələndən sonra karantində 10 kiloqram kökəldiyini söyləyib:

“Hazırda ata yurdum Lənkəran şəhərindəyəm. Heç bir iş görmürəm. Elə bu səbəbdən 10 kiloqram kökəlmişəm. Efirdə məni görənlər qorxacaqlar (gülür). Güzgüyə baxanda özümdən qorxuram. Sifətim güzgüyə yerləşmir.Bir müddət hədsiz dərəcədə arıqladım. Sonra ABŞ-da olan müddətdə qidama fikir vermədim. İdman etmədim. Orada bu baxımdan passiv həyat tərzi sürdüm və bir neçə kiloqram kökəlmişdim. Bura qayıtdıqdan sonra haqqımda gəzib-dolaşan dedi-qoduları eşidib, depressiyaya düşdüm. Depressiyada olanda da istər-istəməz yeməyə başlayırsan. Beləcə, çəkim artdı”.

Toylar və səhnə üçün darıxan həmkarlarından fərqli olaraq, İlhamə Qasımova karantindən sonra dörd ay heç bir iş görməyəcəyini deyib:

“Karantin bitsə də, inanmıram ki, biz müğənnilərin işi yoluna düşəcək. Deyim ki, yeni mahnılar yazdırmışam, yalan olar. Yaxın dörd ay ərzində də heç bir şey etməyəcəyəm. Pandemiyanın sovuşmasını gözləyəcəyəm. Bu dəqiqə mənim üçün ən vacibi valideynlərimin yanında olmağımdır. Karantin bizə yaxınlarımızın qədrini bilməyi öyrətdi”.

Image
Image
Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • ABŞ-dan vətənə dönən İlhamə: “Güzgüyə baxanda özümdən qorxuram” - ÖZƏL
  • VuVu Uma