Əməkdar artist: “Rozanın əlindən tutduğumun heç fərqində olmamışam” - ÖZƏL

“SMS-lə icazə alıb, bağa gedirik. Çox zaman şəhərdəki evimdə oluram. Bizə xüsusi arayışlar verirlər, həmin arayışlarla televiziya proqramlarına qatılırıq. Evdə qalmaq heç də darıxdırıcı deyil. Əgər məşğuliyyət tapırsansa, əksinə, evdə qalmaq maraqlıdır. Amma təbii ki, səhnə, teatr və tələbələrim üçün çox darıxıram”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Gülüstan Əliyeva deyib.

Sənətçi karantinin insanlara müsbət təsir etdiyini, ağı qaradan seçməyə kömək etdiyini bildirdi:“Karantin insanlara müsbət təsir etdi. Zaman çox oldu oturub düşünməyə ki, dost-düşmənin kimdir, ətrafdaki insanların sənə olan münasibəti necədir, onlar üçün sən kimsən, ailəmiz üçün zaman ayıra bilmədiyimiz vaxtlarda nələri itirmişik, nələri tapmışıq. Telekanalların sənətçiyə olan münasibətini də gördüm”.

Karantində gözəllik salonlarının bağlı olması Əməkdar artistin xarici görünüşünə xələl gətirməyib. O, baxımlı qalmaq üçün müxtəlif kosmetik maskalardan yararlandığı söylədi:

“Bizim üçün karantin qızıl vaxt oldu. Yaxşı dincələ bildim. Əsas odur ki, səhər tezdən oyanmırıq. İstədiyimiz vaxt durub, istədiyimiz vaxt yatırıq. Təki Allah bizə imkan versin yeyək, içək, yataq (gülür). Artıq çəki almasam da, ondan qurtula da bilmirəm. Gündə tərəzinin üstünə çıxıram. Gözəllik salonlarının bağlı olması gözəl və baxımlı qalmağıma əsla mane olmadı. Üzümə cavanlaşdırıcı, saçlarıma qidalandırıcı maskalar etdim”.

Bir müddət öncə həmkarı Roza Zərgərlinin “Sənətə gəldiyim ilk günlərdə sponsorum Gülüstan xanım olub” açıqlaması müzakirələrə səbəb olmuşdu. G.Əliyeva “sponsorluq” məsələsinə redaksiyamız vasitəsilə ilk dəfə belə aydınlıq gətirdi:

“Roza o qədər təvəzökar qızdır ki... Dürüst və saf dostluqlar heç zaman bitmir, əksinə, illər keçsə də davam edir, möhkəmlənir. İllər öncə Rozanın əlindən tutduğumun heç fərqinə də varmamışam. Nəyinsə xətrinə də bunu etməmişəm. Sadəcə, daxildən gəlib. Onunla çox yaxın dost və rəfiqə idik, indi də belədir. Roza yenicə səhnəyə çıxmağa başlayırdı. Ona məsləhətlər verirdim ki, bu işi belə görsən, sənə uğur gətirəcək. Çalışdım ki, ona əlimdən gələn köməyi edim. Roza mənim ona etdiklərimi çox yüksək dəyərləndirir. Bu, mənim üçün çox xoşdur. Amma gərək bunları danışmazdı. Deyirlər ki, yaxşılığı elə, at dənizə. Göydə Allah hər şeyi görür”.

Son günlər məşhurların imkansızlara yardım edib, çəkib sosial şəbəkələrdə paylaşmasına isə sənətçi bu addımın yalnış olduğunu söyləyərək, etirazını bildirdi:“Yardımları çəkib görsətəndə, o şəxslərin qüruruna toxunur. Onlar özləri “çəkməyin” deməsələr də, gözlərindən bunu oxumaq olur. Allah bizə elə imkan versin ki, hamıya yaraya bilək. Mən də hər zaman yardım edirəm. Amma bunu ictimailəşdirməyə lüzüm görmürəm. Deyirlər ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Düşünürəm ki, yardımları çəkib hamıya göstərmək doğru deyil”.

Sənətçi karantin müddətində tələbələrini unutmadığını, onlara onlayn formada dərs keçdiyini diqqətə çatdırdı:

“Milli Konservatoriyanın dosentiyəm. Orada dərs deyirəm. Tələbələrlə dərsləri onlayn formada keçirəm. Bəzən olur ki, tələbələr xahiş, rica edirlər ki, bu gün dərs olmasın. Onları da anlayıram, çünki gəncdirlər və az da olsa, karantindən istifadə edib istirahət etmək istəyirlər. Bir az güzəştə gedirəm (gülür). Amma qarşıda tələbələri çətin imtahanlar gözlədiyindən, çalışıram dəsrləri mütləq qaydada keçim”.

Müsahibəsinin sonunda Əməkdar arstist Gülüstan Əliyeva katantin bitdikdən sonra dərhal işinin başına, yəni çalışdığı Azərbaycan Dövlət Opera və Balet Teatrına gedəcəyini bildirdi:

Сообщение  111 Просмотры обновленный 3 месяцы тому назад

Əməkdar artist: “Rozanın əlindən tutduğumun heç fərqində olmamışam” - ÖZƏL

“Televizora baxanda eşitdim ki, mayın dördündən artıq işə gedib-gələ biləcəyəm. Həmkarlarım kimi mən də çalışdığım Dövlət Opera və Balet Teatrına zəng vurub, işə nə zaman çıxacağımı öyrənməyə tələsdim. Amma bizə dedilər ki, hələ rəsmi olaraq işə çıxmaqla bağlı qərar yoxdur, özümüz sizə əvvəlcədən məlumat verəcəyik. Karantin bitəndən sonra ilk gedəcəyim yer çalışdığım Opera və Balet Teatrı olacaq”.

Image
Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Əməkdar artist: “Rozanın əlindən tutduğumun heç fərqində olmamışam” - ÖZƏL
  • VuVu Uma