Əməkdar artist: “Məndə yenidən xərçəng aşkarlanıb” - ÖZƏL
“Həkimlər mənə deyirlər ki, sən işləməməlisən, dincəlməyin bu xəstəliyin üçün çox önəmlidir. Amma mən onların dediklərinə əməl etmirəm, işləyirəm. Doqquz ay “Space TV”də dayanmadan çalışdım. Sənət adamıyam, evdə otura bilmirəm. Gərək hər zaman çalışım. Yaxın aylarda yalnız müalicə olunacağam. Gələn mövsümdən isə yəqin ki, artıq efırə çıxaram”.

