Əməkdar artist Kamilin həbs olunmasına üsyan etdi: “Hər bir yaxşılıq cəzalandırılmalıdır”

“Kamil Zeynallı bu qədər xeyriyyə işləri gördü, kasıblara, imkansızlara yardımlar etdi, sonda onu həbs etdilər. Bu nə dərəcədə düzgün addımdır?”

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Lalə Məmmədova deyib. Məşhur idmançı K.Zeynallının həbsini eşidən sənətçi əsəbləşib, üsyan etdi:

“O, Azərbaycanın xoşməramlı insanıdır. İnanın, bu xəbəri eşidəndə çox pis oldum. Rus yazıçısı Lev Tolstoyun bir sözü var: “Hər bir yaxşılıq cəzalandırılmalıdır”. Həmin sözləri Kamilin timsalında xatırladım. Bu insan nəyin cəzasını çəkir?

O qədər insanlara əl tutdu. İnana bilmirəm ki, Kamil ciddi qayda pozuntusuna yol verib. Əgər qaydaları pozubsa da, özünə görə deyil, imkansızlara yardım etmək üçün pozub.

Qayda-qanun hamımız üçündür. Əgər mən qaydanı pozuramsa, minlərlə insana ziyan gətirə bilərəm. Bunu anlayıram. Amma Kamilin qayda pozması nə qədər insanı sevindirməsinə səbəb oldu. Çox istəyirəm ki, bu məsələ dərindən araşdırılsın və Kamil tezliklə azadlığa buraxılsın.

Tək Kamil deyil, Tarix Əliyev, Rəqsanə İsmayılova kimi bir çox sənət yoldaşlarım bu çətin zamanda yardımlar etdilər, hələ də buna davam edirlər. Bu yaxşılıqları unutmaq olmaz”.L.Məmmədova müğənniləri varlı bilib, gözümçıxdıya salan izləyicilərə səslənib, bu çətin dövrdə məhz sənətçilərin imkansızlara əl tutduğunu bildirdi:

Сообщение  195 Просмотры обновленный 7 месяцы тому назад

Əməkdar artist Kamilin həbs olunmasına üsyan etdi: “Hər bir yaxşılıq cəzalandırılmalıdır”

“Müğənnilər xalqdan qazandıqlarını elə xalqa payladılar. Bunun adı budur. Xalqın çörəyini yeyən sənətçilər imkansız təbəqəyə əl tutdular. Hamımız, kimin gücü nəyə çatırsa, yardım etdi. Onların bu addımları ilə qürür duydum.

Heç kimin heç kimə borcu yoxdur. Sənətçi əziyyət çəkir, pul qazanır. Heç kimin cibinə girib, oğurluq etmir. Bu, çox yanlış fikirdir. Belə sözlər deyib, yardım edənləri peşman etməyin”.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Əməkdar artist Kamilin həbs olunmasına üsyan etdi: “Hər bir yaxşılıq cəzalandırılmalıdır”
  • VuVu Uma