Şəmsi Rəhimovun nəvəsi aeroportda saxlanıldı?

Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin keçmiş rəisi Şəmsi Rəhimovun nəvəsi polis tərəfindən həbs edilib.

“Yeni Sabah”ın məlumatına görə, 1982-ci il təvəllüdlü Rəhimov Eldar Arif oğlu 12 mart 2020-ci il tarixdə Kiyev-Bakı reysi ilə Azərbaycana gələrkən həbs olunaraq, Bakı şəhərində yerləşən polis idarələrindən birinə gətirilib.

İki gün saxlanıldıqdan sonra o, azadlığa buraxılıb.

Məlumatlara görə, onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Araşdırmalar zamanı məlum olub ki, Eldar Rəhimov avtomobillərin alqı-satqısı ilə məşğul olub. Üç il öncə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. İstintaq müddətində o, zərərçəkmişlə barışdığına görə, cinayət işinə xitam verilib.

Qeyd edək ki, Eldar Rəhimov mərhum Şəmsi Rəhimovun oğul nəvəsidir. Yasamal rayonunda yaşayır. Ailəlidir, bir övladı var.

Сообщение  204 Просмотры обновленный 9 месяцы тому назад

Şəmsi Rəhimovun nəvəsi aeroportda saxlanıldı?

Xatırladaq ki, Eldar Rəhimovun babası Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Rəhimov Şəmsi Nuru oğlu 29 sentyabr 1994-cü ildə 70 yaşında sui-qəsd nəticəsində qətlə yetirilib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861