Üz qabığı insan dərisindən olan albom satışa çıxarıldı

Polşada üz qabığı insan dərisindən olan albom satışa çıxarılıb.

“Metro” nəşrinin məlumatına görə, albom İkinci Dünya Müharibəsi dövründə alman düşərgəsində hazırlanıb.

Belə ki, kolleksiyaçı içərisində müxtəlif açıqca və mənzərə şəkilləri olan fotoalbom alıb. O, albomun üz qabığında döymə və insan saçı aşkar edib.

Eyni zamanda, albomdan kəskin qoxu gəlib.

Kolleksiyaçı albomu “insanlığa qarşı cinayətlərin şərtsiz sübutu” olaraq, Auşviç-Birkenay Dövlət Muzeyinə verib.

Mütəxəssislər hesab edirlər ki, albom Almaniyada kütləvi edam və insanlara qarşı amansız təcrübələri ilə tanınan Buhenvald düşərgəsində öldürülmüş məhbusun dərisindən hazırlanıb.

Muzeyin kolleksiya bölməsinin müdiri Elzbieta Kayzerin araşdırma zamanı albomun hər iki üz qabığının eyni emalatxanada hazırlandığının məlum olduğunu deyib.

Сообщение  141 Просмотры обновленный 9 месяцы тому назад

Üz qabığı insan dərisindən olan albom satışa çıxarıldı

Muzeydə Holokost qurbanlarının dərisindən hazırlanmış bir kitab da var.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861