Çindən gəlməyən Çin məhsulları: Koronavirus kimin yuxusunu çin olmağa qoymur? - ARAŞDIRMA

Son günlər dünya Çinin Uxan şəhərində yayılmağa başlayan koronavirusla təşvişə düşüb. Azərbaycan ərazisində koronavirusa yoluxma halı qeydə alınmasa da, Çində istehsal olunan məhsullar ölkəmizə gətirilir.

Paytaxtda fəaliyyət göstərən bir sıra Çin restoranları var.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bir neçə gün əvvəl açıqlamasında bildirib ki, əhali bir müddət Çin restoranlarına getməməlidir:

Сообщение  64 Просмотры обновленный 25 дней тому назад

“İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər. Koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil“.

Adı Çin, məhsulu “Çin” olmayan obyektlər

Məsələnin aktuallığını nəzərə alaraq, Oxu.Az-ın əməkdaşı bir neçə Çin restoranı ilə əlaqə saxlayıb.  

“Shin Shin” restoranından bildirilib ki, hazırda müdiriyyət tətildə olduğuna görə obyekt bağlıdır:

“Əsas odur ki, buraya məhsullar Çindən gətirilmir”. 

“Jasmine” restoranının meneceri Esmira Cəlilova isə bildirib ki, 11 ildir çalışdığı restorana Çindən heç bir məhsul gəlmir:

“Məhsullar Lüksemburq şəhərindən gətirilir. Restoranın fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Müştərilər də obyektə gəlirlər”.

Paytaxtda fəaliyyət göstərən digər Çin restoranları ilə də əlaqə saxlayan zaman eyni cavab aldıq. Adı Çin restoranı olsa da, məhsulları bu ölkədən gətirilmir. 

200 min çinli turist...

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi saytımıza açıqlamasında bildirib ki, qurum bu məsələ ilə bağlı paytaxtda fəaliyyət göstərən bəzi Çin restoranları ilə əlaqə yaradıb:

“Restoranlardan bizə bildirilib ki, onlar Çindən məhsul almırlar. Məhsulları digər ölkələrdən idxal edirlər”.

S.Dübəndi deyib ki, bu il ərzində Çindən Azərbaycana 200 min turistin səfər edəcəyi gözlənilirdi:

“Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Çinlə bağlı bütün layihələri, o cümlədən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. 

Bağlanılan müqaviləyə görə, bu il onların gəlməsi planlaşdırılırdı. Hazırda isə aviareyslər təxirə salınıb”.

Çindən idxal dayandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çindən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də, zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Əhali ərzaq, paltar alanda nə etməli?

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, insanlar Çin məhsullarını alarkən diqqətli olmalıdır:

“Çin restoranlarının məhsullarının əksəriyyəti Çindən gətirilir. Amma eyni zamanda, başqa ölkədən də məhsullar gətirilir. İnsanlar qida məhsullarını, çoxsaylı sənaye məhsullarını alan zaman diqqətli olmalıdırlar.

Zəncəfil, banan məhsulları Çindən gətirilir. Bu mallar vasitəsilə qrip əhaliyə keçə bilər. Virus temperatura davamsızdır. Ona görə məsləhət görürəm ki, meyvələr isti temperaturda yuyulsun, paltar alan zaman onu qaynadıb, ütü çəkilsin”.

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı tövsiyələrini də açıqlayıb.  

Öskürdükdən və asqırdıqdan sonra xəstələrə qulluq edərkən, yemək hazırlayarkən, yeməkdən əvvəl və sonra, tualet istifadəsindən sonra, əllər vizual olaraq çirkli göründükdə, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllərinizi yuyun.

Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun. Əlləriniz çirkli görünməsə də onları spirt tərkibli təmizləyici (dezinfectant) ilə silin. Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin, xəstə və ölü heyvanlar yeyilməməlidir, alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər. 

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin, işdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın, canlı vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin.


Твоя реакция?

1
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии

  • Çindən gəlməyən Çin məhsulları: Koronavirus kimin yuxusunu çin olmağa qoymur? - ARAŞDIRMA
  • Нармина Аскер-заде