Çaşırın bilmədiyimiz faydaları
Müalicə məqsədi ilə çaşırın köklərindən istifadə olunur. Beləki , köklərinin suda dəmləməsi yaxşı qurdqovucudur, immun sistemi gücləndirir, uzun müddətli öskürək zamanı faydalıdır, tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında da istifadə oluna bilər. Faydaları saymaqla bitməyən çaşır metobalizmanı sürətləndirir, bağırsaqları işlədir. Ən əhəmiyyətlisi də bitkinin bədənin şəkər metabolizmində mühüm rol oynaması, orqanizmdəki şəkər səviyyəsinin tarazlığını qorunmasıdır. Lakin hamilə və süd verən qadınlar çaşırdan istifadə etməməlidir. Bundan başqa, oksalik turşusu olduğu üçün yarpaqları istehlak edilməməlidir, çünki insanı zəhərləyə bilər. 200 qram qurudulmuş çaşır köklərini 1 kq bal ilə qarışdırıb, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeymək də bir çox xəsliklərə qarşı faydalıdır.
Acı dadı olan çaşırın dadlı və iştahaçıcı turşusu olur. Naxçıvanda bu turşu çox məşhurdur. Yazda bitkinin 10-20 santimlik təzə zoğları suda pörtlədilərək duzlanıb yeyilir.