Xəbər

Naxçıvan ziyalıları haqqında kitab çap olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda Naxçıvan ziyalıların oynadıqları rol öz əksini tapır.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Regioninfo-ya verilən məlumata görə nəşrdə ilk milli mətbu orqan olan “Əkinçi”dən sonra XX əsrin əvvəllərində yaranan və milli mətbuatın inkişafına yeni istiqamət verən “Şərqi-rus” və onun naşiri, redaktoru Məhəmməd ağa Şahtaxtılı, o cümlədən “Molla Nəsrəddin” jurnalı və onun redaktoru, görkəmli ədib Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalının ikinci redaktoru olmuş məşhur mollanəsrəddinçi şair və publisist Əliqulu Qəmküsar, “Molla Nəsrəddin” üslubunda çap olunan “Baraban” jurnalının redaktoru olmuş görkəmli diplomat və siyasi xadim Behbud ağa Şahtaxtınski və “Şeypur” jurnalının redaktoru Məhəmmədəli Sidqinin xidmətlərindən ayrı-ayrılıqda bəhs olunur.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close