Region

Moskvadan diplomatlarla bağlı Vaşinqtona sərt cavab

Rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edir.

Regioninfo-nun məlumatına görə, Rusiya XİN-in bəyanatında qeyd olunur ki, bu xəbərdarlıq ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə əlaqədardır.

“ABŞ-da bizim diplomatların sayının azaldılması üzrə bu ölkə hakimiyyətinin yeni birtərəfli hərəkətlərinə güzgülü cavab verəcəyik”, – Rusiya XİN-in bəyanatında qeyd olunur.

Bundan əlavə, Rusiya avqustun 1-dən ABŞ-ın bu ölkədəki səfirliyinə Moskvanın Dorojnaya küçəsi və Serebryanıy Bordadakı bütün anbarların istifadəsini qadağan edir.

“Qarşılıqlı qaydada ABŞ-ın maraqlarına toxuna bilən digər tədbirlərin həyata keçirilməsi hüququnu özümüzdə saxlayırıq”, – Rusiya XİN-in bəyanatında vurğulanır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close