Region

Moskvada ermənilər və özbəklər arasında kütləvi dava

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. Regioninfo “RİA Novosti”yə istinadən xəbər verir ki, davada 40-a yaxın adam iştirak edib.

Moskva polisinin məlumatına görə, dava iki tikinti briqadası arasında baş verib. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gələn miqrantlar olub.

Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Qarşıdurmanın damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close