Xəbər

“Minsk qrupunun formatına sadiqik” – Amerikalı səfir

ABŞ prezidenti Donald Trampın administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupu formatında iştirakına sadiqliyini saxlayır.

AzVision.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ-ın İrəvandakı səfiri Riçard Milz Ermənistan parlamentinin sədri Ara Babloyanla görüşündə bildirib.

Görüş zamanı həmçinin Ermənistanda korrupsiyaya qarşı mübarizə də müzakirə olunub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close