İdman

Messi “Barselona”nı tərk edəcək

Argentina millisinin hücumçusu Lionel Messi 2018-ci ilin yayında İspaniyanın “Barselona” klubunu tərk etmək qərarına gəlib.

Regioninfo xarici KİV-ə istinadən xəbər verir ki, Messinin müqaviləni uzatmaq istəməməsinə səbəb çalışdığı klubun transfer siyasətindən narazı qalmasıdır.

Qeyd edək ki, Messinin hazırkı kontraktının müddəti 2018-ci ilin yayında başa çatacaq.

“The Sun” nəşri Messinin karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə biləcəyini iddia edir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close