Dünya

Məkkəyə raket atıldı

Yəmən ərazisindən buraxılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri yaxınlığında vurulub. AzVision.az , bu barədə “Frans Press” ərəb koalisiyasının komandanlığına istinadən məlumat yayıb.

Məlumata əsasən ballistik raket Məkkə şəhərindən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandırıb. Onlar həmçinin İnsidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin daşıdığını bəyan ediblər.

Qeyd edək ki, bu il Həcc ziyarəti avqustun sonunda başlayacaq.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close