Xəbər

Məhşur jurnalist unuda bilmədiyi sevgilisinə SƏSLƏNDİ: “Bağışla…”

Həyatda ən böyük səhvinin ədalətin varlığına inanmaq olduğunu deyən Vüsal Məmmədov riyakar insanlarla üzləşəndə onlardan iyrəndiyini etiraf edib.
Publika.az-ın “Üç nöqtə” layihəsinin suallarını bu həftə Azvision.az saytının redaktoru, tanınmış jurnalist Vüsal Məmmdəov cavablandırıb.
– İndiki ağlım olsaydı…
– Heç vaxt heç kimə heç bir ümid bağlamazdım.

– Zəmanət verə bilərəm ki…
– Məndən heç kim heç vaxt pislik görməyəcək.
– Dünyanı dəyişmək imkanım olsaydı…
– Elə edərdim ki, hamının yeməyə çörəyi və qalmağa evi olsun.
– Kişilərə o qadınlar xəyanət etmir ki…
– Sadiqliyi özləri üçün ehkama çeviriblər.
– Kişilər o qadınlara xəyanət etmir ki…
– O qadın yoxdur.

– Seviləsi qadın olmağın ilkin şərti…
– Zərif olmaqdır.
– Qadınlar yaşını ona görə gizlədir ki…
– Alt şüurlarında kişilərin həmişə gənc qadın arzuladığını anlayırlar.
– Qadına qarşı şiddət…
– Gül bağına asfaltçəkən maşınla girmək qədər anormaldır.
– Vicdanıma and olsun ki…
– Mən həris insan deyiləm.
– Mən təəssüf edirəm ki…
– Heç kim özgəsinin ağrısını düzgün anlaya bilmir.
– Vanqa nənə ilə görüşsəydim…
– Deyərdim özüm ölüm, lotusan, vur bura!
– Tənhalıq insan üçün lənətdir, yoxsa ki…
– Əks halda haqqında bu qədər gic-gic şeirlər yazılmazdı.

– Ən böyük səhvim o olub ki…
– Həyatda ədalətin varlığına inanmışam.
– Kiminsə yalan danışdığını hiss edəndə…
– Utandığımdan üzə vura bilmirəm.
– Riyakarlıqla üzləşəndə…
– Həmin insandan iyrənməyə başlayıram.
– Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki…
– Tanrı yoxdur.

– Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki…
– Bağışla.
– Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…
– Optimist variantlara inanmaq istəyirəm.
– Günahlarım yadıma düşəndə…
– Xəcalət çəkirəm və məni tər basır.

– İlahi ədalətə inancımı o zaman itirdim ki…
– Pis adamların hər dəfə qazandığını, yaxşıların isə uduzduğunu gördüm.
– Yaxşı gündə, pis gündə…
– Əsas odur, sifətimizi saxlaya bilək.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close