Kriminal

Lənkəranda 6 günlük körpəni öldürüb quyuya atdılar

Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb.

Hadisə Darquba kəndində qeydə alınıb. Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər.

Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub. (APA)

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close