Kriminal

Kürdə boğulan gəncin meyiti tapılıb

23.07.2017-ci il tarixində Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 2002-ci il təvəllüdlü gəncin meyiti tapılıb.

Regioninfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 15 yaşlı Rövşən Elxan oğlu Göyüşovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:01-də başa çatıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close