Region

Kiyev Saakaşvilinin ekstradisiyası tələblərini rədd etdi

Gürcüstan sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyası tələbi ilə Ukraynaya iki dəfə müraciət edib.
Regioninfo “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Ədliyyə Nazirliyinin başçısı Teya Sulukiani bildirib.
Onun sözlərinə görə, bütün sübutların verilməsinə baxmayaraq, hər iki müraciət rədd edilib. Nazir qeyd edib ki, baş prokurorlar bu məsələ üzrə əməkdaşlıq etməyə davam edəcəklər.
Qeyd edək ki, Tiflisə səfər edən Ukrayna prezidenti Pyotr Poroşenko dünən jurnalistlərə açıqlamasında gürcü tərəfinin Saakaşvilinin ekstradisiyası üçün Ukraynaya müraciət etmədiyini və beləliklə, bu məsələnin dövlətlərarası səviyyədə müzakirə olunmadığını deyib. Prezidentin sözlərinə görə, bu məsələ onun Gürcüstana səfərinin gündəliyinə daxil deyil.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close