Bizdən - Sizə

Kişilərin buna qadınlardan daha çox ehtiyacı var: əgər xanımlar bunu etməsə…

Psixoloji çatışmazlıq, bədbinlik, bitkinlik onu daha ciddi nəticəyə - intihara sürükləyə bilər.

Beyindən sonra insan üçün vacib olan orqanın yəqin ki, ürək olduğunu düşünərsiniz. Amma belə deyilmiş! Belə vacib funksiyanı dəri öz üzərinə götürüb. Çoxları düşünür ki, dəriyə qulluq və ən əsası dərinin tumarlanıb nəvaziş göstərilməsinə qadınların daha çox ehtiyacı var. Nəzərə alsaq ki, dəri hər iki cinsdə eyni funksiyanı yerinə yetirir, deməli o zaman kişilər də tumarlanmağa yox deməzlər. Hətta alimlərin fikrincə, kişi bədəninin buna qadınlardan daha çox ehtiyacı var. Çünki tumar massajın bir növüdür. Masaj isə dəriyə tətbiq olunmaqla əzələlərin tonusuna təsir edir. Kişilər cismani olaraq qadınlardan daha aktiv olduqlarına və fiziki güc tətbiq etdiklərinə görə onların əzələ və dərisi masaja, eləcə də tumara daha çox ehtiyac duyur.
Araşdırmalar göstərir ki, dəriyə incə toxunuş və barmaqların zərif “səyahət”i orqanizmin biokimyəvi strukturunu hərəkətə gətirir. Proses belə sıralanır: dəridəki reseptorlar dərhal işə düşüb beyinə siqnal ötürürlər, sonra hormonlara nəzarət edən beyin orqanı hipetolamus hərəkətə keçir. Təbii ağrıkəsici olan endorfin bədəni xəfif keyidərək günün yorğunluğunu, stressi və gərginliyi unutdurur.
Mütəxəsslər deyirlər ki, tumar “qıtlığ”ından insan xəstələnə bilər. Xüsusən də kişilər daha aqressivləşər, hətta psixi gərginliklər yaşaya bilər. Stresdən ilk əziyyət çəkən isə mədə və ürəkdir. Bundan başqa yuxusuzluq, ümumi immun çatışmazlığı da qarşıya çıxan təhlükələrdən ola bilər.
Psixoloqlar bildirirlər ki, uşaq vaxtı ana nəvazişi görməyən kişilərin yetkin halı belədir: ya aqressiv, dözülməz xarakterli biri olacaq, ya da nəvaziş aclığını doyurmaq üçün bu qadının qucağından digərinə atılacaq. Amma heç vaxt da qane olmayacaq. Çünki şüurunun alt qatına toplaşmış incik xatirələr ona daimi narazılıq hissi ötürür. Sonda isə psixoloji çatışmazlıq, bədbinlik, bitkinlik onu daha ciddi nəticəyə – intihara sürükləyə bilər.
Seksopatoloq İrina Botneva isə bildirir ki, postsovet kişiləri digər ölkələrlə müqayisədə daha bədbəxtdirlər. Çünki keçmiş SSRİ-də az qala təbliğ olunan frigidlik (qadının çəkingənliyi, cinsi soyuqluğu) qadın və kişi münasibətlərinin düzgün formalaşmasına ən böyük əngəl yaradıb. İndi ölkələrin dağılmış ittifaqı ailələrin də tifaqına səbəb olub. Rejimin dəstəklədiyi soyuq, yalnız törəmək üçün formalaşmış izdivac bir-birinə lazımi diqqət göstərməyən, getdikcə uzaqlaşan, aqressivləşən məcburi birlikdəliyə çevrilirdi ki, nəticəsini hələ də düzətmək olmur. Bütün bunları nəzərə alaraq mütəxəssis cütlükləri bacardıqca nəvazişli olmağa, bir-birlərini xoş sözlərdən, xüsusilə tumardam məhrum etməməyə səsləyir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close