Dünya

Kim Çen In orduya “hazır ol” əmri verdi

Şimali Koreya lideri Kim Çen In orduya “hazır ol” əmri verib.

Bu barədə Şimali Koreya mətbuatı məlumat yayıb.

KİV-nin yaydığı məlumatda bildirilir ki, Kim Çen In orduya hər an zərbə endirmək üçün hazır olması tapşırığını verib.

Koreya lideri bildirib ki, ABŞ təhlükəli hərbi konfiliktdən qaçmaq üçün düzgün yol seçməli və Koreya yarmadasında gərginliyi azaltmalıdır. O, həmçinin Quam istiqamətində raket buraxılması planları ilə də tanış olub.

Şimali Koreya mətbuatı yazır ki, ölkənin hərbiçiləri Quam adasında yerləşən Amerika hərbi obyektlərinə raket zərbəsi endirilməsi imkanlarını yoxlayırlar.

Qeyd edək ki Amerika prezidenti Donald Tramp bildirib ki, əgər Şimali Koreya ABŞ-a real təhlükə olarsa, ABŞ bu ölkəni “od və qəzəb”lə qarşılayacaq.

“Şimali Koreya Quamla bağlı nəsə edərsə, hələ indiyə kimi heç kimin görmədiyi cavab zərbəsi alacaq”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close