Dünya

İsraillə hərbi əməkdaşlıq müzakirə olunub

İyulun 31-də Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

MSN-dən AzVision.az-a bildiriblər ki, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close