İqtisadiyyat

İran Ermənistanla qaz danışıqları aparır

İranın Milli Qaz Şirkəti Ermənistanın İran qazının tədarükünün artırılması üçün etdiyi müraciəti nəzərdən keçirir.

AzVision.az xəbər verir ki, bu barədə theiranproject.com saytına müsahibəsində şirkətin beynəlxalq məsələlər üzrə şöbəsinin direktoru Behzad Babazadə bildirib.

Onun sözlərinə görə, İran Ermənistan ilə qaz ixracının artırılması ilə bağlı ayrıca saziş imzalamaq istəyir: “Məlum olduğu kimi, hazırda İran Ermənistana satdığın qazın əvəzində elektrik enerjisi alır. Əlbəttə, Ermənistan qiyməti aşağı olduğu üçün Rusiya qazına üstünlük verir. Biz bu qiyməti qəbul etmirik. Hazırda bu istiqamətdə danışıqlar aparırıq”.

Şirkət rəsmisi qeyd edib ki, tərəflər arasında razılıq əldə olunacağı təqdirdə elektrik enerjisi ilə qaz mübadiləsi haqqında müqavilə ləğv olunmayacaq: “Lakin, şirkət qaz tədarükü üçün pul almaq istəyir və Ermənistanla ayrıca müqavilə imzalamaq niyyətindədir”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close