Xəbər

İran Çaldıran düzünü ermənilərə peşkəş etdi – Tarixi xəyanət

İran İslam Respublikası dünyaya özünü ermənilərin himayəçisi kimi göstərməkdədir.
Turkustan.info xəbər verir ki, İranın Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib.
Məlumata görə, iyulun 27-də minlərlə erməni sözdə dini mərasim adı ilə Qarakilsəyə toplaşıb. 3 gün davam edəcəyi bildirilən mərasimə 6 min nəfər İran və dünya ermənilərinin toplaşadığı bildirilir.
Siyasi məqsədlərə hesablanmış mərasim Azərbaycan Erməniləri Xəlifəliyi, İran Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə və İran təhlükəsizlik orqanlarının rəsmi icazəsi ilə keçirilir.
İran, Çaldıranın Qarakilsə kilsəsini məqsədyönlü şəkildə YUNESKO-da qeydiyyata keçirməklə hər il ermənilərin Güney Azərbaycanda toplaşması və nəticə etibarilə daşnakların gizli fəaliyyətinə etibar və legitimlik qazandırıb.

İran rejimi Azərbaycanla Ermənistan arasındakı münaqişədə mövge sərgilədiyi kimi, Güney Azərbaycanda da türk torpaqlarına göz tikən qüvvələrə hər cür şərait yaradır. Bu gün Azərbaycanın qərb bölgəsində aktivləşən PKK və digər kürd terror qruplaşmaları da həmin yanaşma hesabına öz fəaliyyətini genişləndirir. Məqsəd Azərbaycan torpaqlarına nə qədər gülünc görünsə də, yalan iddiaların sayını artırmaqdır.
Ermənilər Qarakilsədə o halda istədikləri mərasimi keçirir ki, elə Qarakilsənin yerləşdiyi Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmirlər. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.
Ermənilər həmçinin İranda yaşayan bütün milli və dini azlıqlara şamil edilməyən hüquqlara malikdilər. Onlar öz məktəblərində təhsil alır, dini mərasimlərini istədikləri zaman və ən uyğun yerdə həyata keçirə bilirlər. Halbuki, İranda yaşayan böyük çoxluq olan Azərbaycan türkləri və etnik qruplar qeyd olunan hüquqlardan məhrumdur.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close