Region

İrəvanda mina partlayıb: Ölən və yaralılar var

Ötən gün İrəvanda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – 32 yaşlı şəxs xəstəxanada ölüb

Regioninfo-nun “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Ermənistanın Fövqəladə Hallar Xidməti hadisə yerindən iki mina tapıldığını açıqlayıb.

Hadisə paytaxtda, yaşayış evlərindən birində baş verib. Partlayışdan sonra hadisə yerinə baxış zamanı minalardan biri bölünmüş şəkildə aşkar edilib.

Məlumata görə, partlayışdan sonra xəstəxanaya yerləşdirilmiş 20 yaşlı şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Erməni KİV-i yazır ki, partlayış iki gəncin döyüş sursatını iki yerə bölməyə çalışdığı zaman baş verib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close