Texnologiya

“iPhone 8” artıq satışda

“Apple” şirkətinin istehsalı olan yeni smartfonların satışa başlayacağı vaxt məlum olub.

Regioninfo-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni smartfonun təqdimatı sentyabrın 12-də baş tutacaq. Sentyabrın 15-dən isə artıq yeni “iPhone 8” üçün sifarişləri etmək mümkün olacaq. Həmçinin məlum olub ki, sentyabrın 22-dən cihaz mağazalarda satışa çıxarılacaq.

Belə təcrübə “Apple” üçün standartdır. Belə ki, hər il smartfonlar təqdimatdan bir həftə sonra piştaxtalara çıxarılır. Əldə olan məlumatlara görə, yeni flaqmandan əlavə şirkət yeni model “Watch 3” saatının və yeni nəsil “Apple TV”-nin təqdimatını edəcək.

Son məlumatda deyilir ki, “iPhone 8” 64, 256 və 512 Gb yaddaşa malik olacaq. Onun qiymətləri isə hələlik məlum deyil.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close