Bizdən - Sizə

İnsan tüpürcəyi ilə dolan batareya

Təsəvvür edin səhradasınız və telefon batareyası boşalıb. Elektrik enerjisi də, günəş enerjisi də yoxdur. Burada siz son vasitə olan – tüpürcəklə batareyanı doldurursunuz.
Regioninfo “Ens”ə istinadən bildirir ki, belə ideyanı Binqementon universitetinin tədqiqatçıları təklif edib. Onlar tüpürcəkdən dolan batareya hazırlayıblar.
Bu ixtira – elektrik enerjisi bakteriyalarla hazırlanan mikroblu enerji mənbəyi üçün növbəti addımdır. Yeni növ batareyanın əsasını adi kağız təşkil edir. Alimlər öz sərhədlərindən kənara elektrik göndərməyi bacaran qeyri-aktiv donmuş hüceyrələr yaratdılar. Bu ekzoelektrogen hüceyrələri adi tüpürcəklə islatmaq olar, bu zaman onlar elektrik generasiya etməyə başlayırlar.
Növbəti addım – hər kvadrat sm-ə daha çox vatt əldə edərək belə batareyaların elektrik gücünü artırmaqdır.
“Hazırda bizdə güc kvadrat sm-ə cəmi bir neçə mikrovattdır. Bir kağız vərəqdə yerləşdirilmiş 16 mikroblu yanacaq elementi işıq diodu və digər az enerji tələb edən cihazları qidalandırmaq üçün kifayət qədər gərginlik generasiya olunur”, – cihazın ixtiraçısı professor Son-hen Çoy deyir.
Hələlik telefonda belə batareyanı gözləmək lazım deyil, lakin əgər o artıq diodu yandıra bilirsə, gələcəyi var.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close