Mədəniyyət

İncəsənət xadimlərinə 776 min manat verilib

İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi üzrə 2016-cı ildə nəzərdə tutulmuş vəsaitin icrası 780 min manat təyinata qarşı icra 776 min manat və ya 99,5% olub.

Regioninfo xəbər verir ki, bu, Hesablama Palatasının “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatda yer alıb.

Qeyd edilib ki, ölkə başçısının “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” sərəncamına əsasən, 2013-cü ilin mayından səhnə fəaliyyətinə görə aparıcı incəsənət xadimləri olan 130 nəfərə ayda 500 manat mükafat verilir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close