Sosial

Havada radiasiya və çirkliliyinin səviyyəsi açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb. Həmçinin Respublikanın hava hövzəsində rаdiоаktiv çirklənmə üzrə müşаhidələr keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.4, furfurolun isə 1.2 dəfə Yol Verilən Qatılıq Həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə Horadiz və Qazax analitik tədqiqatlar laboratoriyalından iyul ayının üçünçü on günlüyü üçün məlumatlar daxil olub. Təhlildən alınan nəticələrə görə əsas çirkləndiricilərdən olan fenolların miqdarının normanı keçməsi müşahidə olunub. Fenolların miqdarı Kür çayı Şıxlı-2 məntəqəsində 4.4 , Ağstafaçay Qazaxda 4.2, Ağstafa su anbarında 2, Araz çayı üzrə Horadiz müşahidə məntəqəsində 1.8, I Şahsevəndə 2, Bəhramtəpədə isə 2.4 dəfə YVQH-ni keçib. Digər çirkləndiricilərin miqdarı isə norma daxilində olub.
Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb.
Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 7-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 11-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib. Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 10-21 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 9-19 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close