Region

Güllələnən aparıcının hoteldə qanlı meyitinin görüntüləri -VİDEO

Hoteldə qanlı meyitinin görüntüləri yayılıb.

Bir gün əvvəl Filiz Aker tərəfindən öldürülən Vatan Şaşmazın hoteldə qanlı meyitinin görüntüləri yayılıb.
Publika.az “Posta”ya istinadən xəbər verir ki, aparıcının cənazəsi Şişli Hamidiye Etfal Eğitim və Araşdırma Xəstəxanasının morqundan alınaraq ekspertizaya göndərilib.
Vatan Şaşmazın və Filiz Akerin cənazələri yaxınları tərəfindən alınıb. Meyitin yarılması əməliyyatlarından sonra Akerin cənazəsi Qartal Soğanlık Gasilhanesine aparılıb.
Aparıcının 5 aylıq hamilə həyat yoldaşı Jasmin Adalı isə acı xəbəri ailəsi ilə birlikdə Mersinin Tarsus rayonunda istirahət edərkən alıb. Jasmin hadisəni eşidən kimi dərhal İstanbula qayıdıb. O, dünən həyat yoldaşının cənazəsini alarkən görüntülənib.
Aparıcının və onu öldürən keçmiş sevgilisinin hotel nömrəsində qanlı görüntüləri sosial şəbəkələrdə yayılıb. Sözügedən kadları təqdim edirik.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close